Bələdiyyə vergiləri nədir?, Bələdiyyə vergi və ödənişləri hara xərclənir? adlı layihə çərçivəsində Binqədi rayon Biləcəri bələdiyyəsinin ictimai – humanitar sektorunun təşəbbüsü və təşkilatçılığı ilə qəsəbənin 297 saylı məktəbində silsilə tədbirlərin davamı olaraq maarifləndirici tədbir keçirilib.
Tədbirdə Biləcəri bələdiyyəsinin sədr Hikmər Quliyev, Bələdiyyə gəlirləri və yerli vergilər şöbəsinin müdiri Qorxmaz Cəfərov, icraçı katib Leyla Mədətova bələdiyyənin ictimai – humanitar sektorunun rəhbəri Sevinc ilyasova, 297 saylı məktəbin direktoru Nailə Cəfərova, məktəbin kollektivi və yuxarı sinif şagirdləri iştirak ediblər.
Maarifləndirici tədbirdə bələdiyyə vergiləri ilə bağlı Vergi Məcəlləsi ilə müəyyən edilmiş və bələdiyyə büdcəsinə ödənilməli vergi və ödənişlərlə əlaqədar maarifləndirici, eləcə də təbliğat xarakterli geniş tərkibli görüş keçirilib.
Görüşdə bələdiyyə vergi və ödənişləri barədə ətraflı məlumat verilmiş, qarşılıqlı fikir mübadiləsi aparılmış, görüş iştirakçıları tərəfindən verilən suallar cavablandırılmışdır.
Görüş iştirakçılarına bələdiyyə tərəfindən vergilərlə bağlı xüsusi hazırlanmış izahlı bukletlər paylanılmışdır.
Belediyye.info