Biləcəri bələdiyyəsi qəsəbədə təmizlik işlərinin keçirilməsini davam etdirir. Bu barədə Belediyye.infoya daxil olan məlumatda deyilir ki, qəsəbənin Sumqayıt şossesində aparılan təmizlik işləri zamanı ərazi məişət tullantılarından, qurumuş ağaclardan təmizlənməkdədir. Bununla yanaşı Sumqayıt şossesi 1-ci döngədə aparılan asfaltlama işləri yekunlaşmaq üzrədir.
Bələdiyyədən daxil olan məlumatda qeyd edilir ki, yerli özünüidarəetnə orqanı qəsəbədə abadlıq quruculuq işlərini mütəmadi olaraq bundan sonrada davam etdirəcəkdir.
Bələdiyyədən daxil olan digər bir məlumata görə, Biləcəri bələdiyyəsinin sədri Hikmət Quliyev təşəbbüsü ilə bələdiyyənin inzibati binasında əhaliyə göstərilən xidmətlərin təşkili sahəsində qarşıya çıxan problemlərin həlli ilə bağlı iclas keçirilib.
iclasda bələdiyyə quluqçuları Prezident ilham əliyev tərəfindən son dövrlər imzalanan Fərman, Qanun və Sərəncamlar, habelə 1 noyabr 2015-ci il tarixdə Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək seçkilərlə bağlı əməkdaşları məlumatlandırılıb.
Belediyye.info
|
|
|
|
|
|