“Öz tələbatımız öz istehsalımız” layihəsi çərçivəsində Binəqədi rayonu Biləcəri bələdiyyəsinin təşkilatçılığı ilə 297 saylı tam orta məktəbin 24 nəfərdən ibarət şagird və müəllim kollektivinin iştirakı ilə "Səhliyalı " MMC-də "Min bərəkət halal nemət" brend adı ilə istehsal edilən süd və süd məhsulları fabrikinə ekskursiya təşkil edilib.
Ekskursiyanın keçirilməsində əsas məqsəd şagirdlərə yerli istehsal sahəsi və istehsal prossesi ilə yaxından tanıs etməkdir,
Bu barədə məlumatı Binəqədi rayonu Biləcəri bələdiyyəsi yayıb.
Ekskursiya zamanı şagirdlərlə fabrikin əməkdaşları tərəfindən süd və süd məhsullarının istehsal prosesi haqqında geniş məlumat verilib.
Ekskursiyada iştirak edənlər bir daha əmin olublar ki, şirkətdə istehsal edilən məhsullar ənənəvi reseptlərlə, ən müasir avadanlıqlarla, yüksək keyfiyyətli xammallardan istifadə olunmaqla hazırlanır.
Ekskursiya məktəb kollektivində xoş əhval-ruhiyyə yaradıb.
Biləcəri bələdiyyəsi sayt vasitəsiylə “Səhliyalı " MMC idarə heyətinin sədri ilham Bəşirova və şirkətin əməkdaşlarına səmimi münasibətə görə təşəkkürünü bildirir.
Qeyd edək ki, şagirdləri bu ekskursiyada Biləcəri bələdiyyəsinin sədr müavini Samirə Həsənovaya, icraçı katib Leyla Mədətova müşaiyət ediblər. Xatırladaq ki, bu layihə çşərçivəsində təşkil edilən ikinci ekskursiyadır. Birinci səfər “Karmen” MMC” Makaron fabrikinə olmusdu.
Belediyye.info
|
|
|
|
|
|
|