Binəqədi rayon Biləcəri Bələdiyyəsinin yaydığı məlumata görə, Biləcəri qəsəbə icra Nümayəndəliyinin əməkdaşları birlikdə R.ismayılov küçəsində abadlıq işlərini davam etdiriblər.
Bələdiyyənin yaydığı məlumatda bildirilir ki, təmizlik gördüyümüz işlərin şəffaf aynasıdır.
Binəqədi Rayon Biləcəri qəsəbə inzibati Dairəsi üzrə Nümayəndəsi ibad ibrahimov və Biləcəri Bələdiyyəsinin sədrinin fəzifə səlahiyyətlərini müvəqqəti icra edən Sahib Nağdəliyevlə birlikdə bir sıra ticarət obyektlərində olaraq təmizliyə riayət olunması barəsində öz tövsiyələrini veriblər. Bələdiyyənin sakinlərə ünvanladığı müraciətdə bildirilir ki, “əziz sakinlərimiz biz yorulmadan böyük əzimlə hər gün ilk gün kimi təmizlik işlərini mütamadi aparırıq, amma siz bizə bu işdə kömək olmasanız bu cür xoşa gəlməz mənzərə uşaqlarımız üçün təhlükə yarada bilər.
Aşağıda göstərdiyimiz görüntülər Binəqədi şossesi ilə A.Zeynallı küçəsinin kəşisməsində sakinimizin atdığı bu xoşagəlməz tullantıdı. Bir düşünün uşaqlarımız oradan keçir çirkli havanı udur. Bəs bunu körpələrimizə etməyə haqqımız varmı?”
Müraciətin sonunda qeyd edilir ki, gəlin həmrəy olaq tullantıları atarkən məsulliyət daşıyaq. Körpələrimizi belə təhlükədən qorumaq naminə ərazimizi, təmiz saxlayaraq yaşıllıqlarımızı qoruyaq. Qəsəbəmizi təmizliyi ilə fərqləndirək.
Belediyye.info
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|