"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Biləcəri bələdiyyəsi sakinlərə müraciət edib

--2016-10-31 / 12:44

2016-cı ilin oktyabr ayının 31-dən noyabr ayının 5-dək Binəqədi rayonu Biləcəri bələdiyyəsi ərazisində Azərbaycan şəhər, qəsəbə və kənd bələdiyyələrinin Milli Assosiasiyaları tərəfindən dəstəklənən “Azərbaycanda Yerli Demokratiya Həftəsi” proqramı ilə əlaqədar tədbirlər keçiriləcəkdir.

Binəqədi rayon  Biləcəri bələdiyyəsinin sədri Hikmət Quliyevin Belediyye.infoya verdiyi məlumata görə, “Azərbaycanda Yerli Demokratiya Həftəsi” ərzidə keçirilən tədbirlər demokratiyanın inkişafında vətəndaşların iştirakının və hüquqi biliklərinin artırılması məqsədini daşıyır. Tədbirlər Biləcəri bələdiyyəsi tərəfindən bələdiyyə üzvləri və dəvət olunan qonaqların iştirakı ilə vətəndaşlarla canlı təmasda, eləcə də bələdiyyədə “açıq qapı” günləri elan edilməklə aparılacaqdır. Vətəndaşlarla görüşdə bələdiyyə tərəfindən görülmüş işlər barədə hesabat veriləcək, mövcud olan problemlər barədə açıq müzakirələr aparılacaq, qarşılıqlı dialoqlar şəklində vətəndaşların təklif və rəyləri dinləniləcəkdir.

Sədrin sözlərinə görə, vətəndaşlar öz fikir və müraciətlərini bələdiyyədə yaradılmış “qaynar telefon xətti” (401-37-64, daxili 25) və bələdiyyənin binasında qoyulmuş “bələdiyyə poçtu” vasitəsilə, eləcə də bələdiyyənin internet saytındakı bileceri.belediyyesi@gmail.com “bələdiyyəyə sözüm var” pəncərəsi vasitəsi ilə bildirə bilərlər.

Bələdiyyəyə daxil olmuş bütün müraciətlər və vətəndaşları narahat edən problemlər açılmış xüsusi jurnalda qeydiyyata alınaraq onların həll edilməsi üçün tədbirlər görüləcəkdir.

Belediyye.info

ŞƏRHLƏR