"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Biləcəri bələdiyyəsi sakinlərə müraciət edib

--2017-04-18 / 08:09

Binəqədi rayon Biləcəri bələdiyyəsi   zibil tullantılarının  yol kənarına atılmasının  qarşısının alınmasıyla bağlı sakinlər arasında maarifləndirmə tədbirlərini  davam etdirir.  Növbəti belə tədbir

T.Yaqubov küşəsinin sakinləri arasında keçirilib.

Bələdiyyənin yaydığı məlumata görə, T.Yaqubov - 43 ünvanında yaşayan sakinlər məişət tullantılarını yol kənarına atdığına görə onlaral ciddi söhbət aparılmış, maarifləndirilmişlər.

Sakinlərə növbəti dəfə izah edilib ki,  tullantılar yol kənarına deyil məhz məişət tullantıları üçün nəzərdə tutulan qutulara atılmalıdır.
Sonda Biləcəri  bələdiyyəsi sakinlərə bir daha müraciət edib:

“əziz sakinlər diqqətli olun!

Körpələrimizin sağlamlığı bizim əlimizdədir.

Evimizi və yaşadığımız küçəni təmiz saxlayaq.”

Belediyye.info

ŞƏRHLƏR