sorğu
Binəqədi rayonu Biləcəri qəsəbəsi Yusif imanov küçəsinin sakinləri bələdiyyəyə müraciət ediblər. Bu barədə məlumatı Biləcəri bələdiyyəsi yayıb.
Məlumatda bildirilir ki, sakinlərin şifahi müraciətlərinə əsasən sədr Hikmət Quliyev sözügedən ünvanda olmuş, sakinlərin iştirakıyla küçəyə baxış keçirilmiş və yolun təmir edilməsi ilə bağlı söhbət aparılmışdır.
Sakinlərin iştirakıyla aparılan müzakirələrdə qərara alınıb ki, yolun təmirindən öncə su xəttində olan sızmaların qarşısının alınması üçün “Azərsu”ya müraciət edilsin. Kanalizasiya quyusu yol səviyyəsinə endirilsin və bundan sonra yolun təmirinə baslanılsın.
Hazırda bələdiyyədə sakinlərin müraciəti əsasında müvafiq orqanlara rəsmi məktublar hazırlanmaqdadır.
Belediyye.info