"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Biləcəri bələdiyyəsi sakinlərin problemini necə həll etdi

--2016-04-07 / 23:43

“Biləcəri bələdiyyəsi subasma ilə əlaqədar sakinlərin müraciətinə həssaslıqla yanaşaraq  yaranmış problemi  diqqətdə saxlayıb”- bu fikirləri Belediyye.info saytına Binəqədi rayon Biləcəri bələdiyyəsinin sədri Hikmət Quliyev bildirib.

Bu məqsədlə qəsəbənin Ordubadi küçəsində sakinlərlə görüş keçirilib.

Yaranmış problemin aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verən bələdiyyə sədri sakinlərin bu tipli problemlərin yaranmaması üçün vaxtında müvafiq orqanlara müraciət  etməli olduqlarını   diqqətə çatdırıb.

Bələdiyyə sədriylə söhbətdə maraqlı bir mövzuaya da toxunulub.

Azərbaycan xalqı hər zaman qonaqpərvərliyi ilə seçildiyini bildirən sədr qeyd edib ki,  2016-cı il multikulturalizm ili kimi elan olunduğundan  qəsəbənin rus və digər xalqların nümayəndələrinin problemlərini də  daim diqqətdə saxlayır.

Biləcəri qəsəbəsi T.Yaqubov küçəsində yaşayan rus vətəndaşının müraciəti ilə bağlı Biləcəri Bələdiyyəsinin sədri Hikmət Quliyev və sədr müavini Sahib Nağdəliyev həmin ünvanda olaraq, vətəndaşın problemi ilə yaxından tanış olublar. Sakini maraqlandıran problemin həlli istiqamətində müvafiq addımlar atılıb. Daha sonra sədr söhbətdə maraqlı bir məqama da toxunub:

“Lyüdmila Paplavina  bələdiyyəmizə müraciət edərək bildirib ki, Biləcəri ərazisi Natəvan küçəsi istiqamətində olan kənd qəbirsanlığında anasının qəbrini  yolların yararsız halda olduğundan ziyarət edə bilmir.   Xanim sakinin müraciətindən sonra bələdiyyənin təşəbbüsü ilə  kənd qəbirstanlığına gedən yolların abadlaşdırılaraq, ərazi təmizlənib.”

Bu gün bələdiyyə sədri Hikmət Quliyevlə birgə Lyüdmila Paplavinanın anasının məzarı də ziyarət edilib.

Belediyye.info

ŞƏRHLƏR