sorğu
Biləcəri bələdiyyəsinin yaydığı məlumata görə, qəsəbə bələdiyyəsinin təşkilatçılığı ilə qəsəbənin X.Məlikaslanov və Teymur Yaqubov küçəsində təmizlik işləri həyata keçirilib. Gün ərzində təmizlik işləri apaırlıb. Hər iki küçə ünvansız atılan tullantılardan təmizlənib.
Bələdiyyə təmizlik işlərini Novruz bayramınadək davam etdirəcəkdir.
Qeyd edək ki, bələdiyyə qəsəbədə təmizlik işlərini artıq iki aydır ki, davam etdirir.
əlavə olaraq bildirək ki, bu addımlar bələdiyyəyə yeni seçilən sədr Hikmət Quliyevin fəaliyyətindən sonra baş verib.
Belediyye.info