"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Biləcəri bələdiyyəsi təmizliyə diqqəti artırıb

--2016-07-16 / 12:30

Binəqədi rayon Biləcəri bələdiyyəsinin yaydığı məlumata görə,  bu gün Binəqədi şosesində  məcburi köçkünlərin məskunlaşdığı binanın ətrafı Biləcəri Bələdiyyəsinin və icra Nümayəndəliyi rəsmilərinin birgə səyi ilə ərazidə təmizlik, abadlıq işləri görülüb.

Sakinlərə müraciət edən bələdiyyə rəsmiləri qeyd ediblər ki, ətraf mühitin təmizliyi, sakin məmnunluğu, ən əsası cəmiyyətdə yaşayan gələcək nəsillərin sağlam yaşamasını, sağlam böyüməsini təmin etmək hər birimizin borcudur. Biz bunun üçün bələdiyyə olaraq əlimizdən gələni edirik. Siz sakinlərdə bu işdə bələdiyyəyə dəstək verməklə özünüzdə təmizliyə riayət etməlisiniz.

Bu gün  Binəqədi şosesində Biləcəri Bələdiyyəsinin və icra Nümayəndəliyinin əməkdaşları ilə birlikdə təmizlik işləri  davam etdilib.

Belediyye.info

ŞƏRHLƏR