"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Biləcəri bələdiyyəsi yeni layihəyə start verib

--2016-08-17 / 20:34

Binəqədi rayon Biləcəri bələdiyyəsinin  ictimai-humanitar  sektorunun təşkilatçılığı ilə qəsəbə ərazisində yaşayan fiziki məhdud uşaqlara hərs olunan  “Mən anamın mələyiyəm”  layihəsinə  start verib.

Bu barədə məlumat bələdiyyədən verilib.

Layihə çərçivəsində  keçirilən ilk görüşdə  Biləcəri bələdiyyəsinin sədri Hikmət Quliyev, ictimai-humanitar  sektorun nümayəndəsi Leyla əliyeva, 11 saylı uşaq poliklinikasının baş həkimi Məlahət ibrahimova və həkim briqadası iştirak edib.

Onlar fiziki məhdud uşaqların evlərində olaraq,  uşaqların tibbi müayinəsini həyata keçiriblər.

Layihəni həyata keçirməkdə məqsəd fiziki məhdud olan uşaqların istək və arzularını həyata keçirmək, o cümlədən sağlamlıqlarının qorunması istiqamətində töhfə verməkdir.

Belediyye.info

ŞƏRHLƏR