Azərbaycanda Prezidenti cənab ilham əliyevin rəhbərliyi ilə respublika aparılan inkişaf və tərəqqi siyasətinin bariz nəticəsidir ki, bu gun paytaxtımız və onun ətraf qəsəbələrində olduğu kimi, Biləcəri qəsəbəsində də sürətli inkişaf gedir, kommunikasiya xətləri yenilənir, ərazilər abadlaşdırılır bir sözlə günü-gündən çiçəklənir.
Ölkəmizin 2015-ci ilin birinci yarımilliyinin ictimai-sosial və iqtisadi həyatının ən əlamətdar hadisəsi sözsüz ki, Bakıda ilk Avropa Oyunlarının keçirilməsi olub. Avropa Oyunlarının keçirilməsi ölkəmiz üçün tarixi hadisə idi. Avropa Oyunları Olimpiya Oyunları səviyyəsində keçirilib. Birinci Avropa Oyunları Azərbaycan Respublikasının Prezidenti cənab ilham əliyevin rəhbərliyi altında dövlətimizin artan qüdrətini, böyük məsuliyyət və təşkilatçılıq tələb edən ən mötəbər tədbirləri belə yüksək səviyyədə keçirməyə qadir olduğunu bir daha sübut etdi. Avropa Oyunlarının bütün beynəlxalq standartlara cavab verən yüksək təşkilatçılıq səviyyəsində keçirilməsində Azərbaycanın birinci xanımı Mehriban əliyevanın rəhbərlik etdiyi Təşkilat Komitəsinin peşəkar komanda işi, fədakar fəaliyyəti və yüksək vətənpərvərliyi xüsusi qeyd olunmalıdır.
ilk Avropa Oyunlarının məhz Azərbaycanda keçirilməsi, ölkəmizin gücüdür, potensialıdır. Azərbaycan göstərdi ki, böyük potensiala malik olan güclü ölkədir. Bu Oyunlar Azərbaycan xalqının və Azərbaycan dövlətinin qələbəsidir.
Bu qəbildən Binəqədi rayonu da bu Oyunların keçirilməsində mühüm rol oynayıb. Avropa Oyunları yarışlarının keçirildiyi bir sıra idman kompleksləri məhz Binəqədi rayonunda yerləşir. Biləcəri bələdiyyəsi ərazisindən keçən, Atıcılıq kompleksinə gedən yolun genişləndirilməsi,qazonlar, dekorativ güllər əkilərək xüsusi işıqlandırma sistemi ilə abadlıq işləri aparılmış və idman növlərini əks etdirən müxtəlif yerlərdə xüsusi işıqlı lövhələr yerləşdirilmişdir. Mərkəzi yollarda təmir işləri aparılmaq məqsədilə yolların kənarına xüsusi bariyerler qurulmuşdur. Biləcəri ərazisi 35 km2- dir, əhalisinin ümumi sayı 83 mindən artıqdır.
Biləcəri ərazisində qış aylarında yaranan su basma problemlərini aradan qaldırmaq üçün bələdiyyəmiz 3 km-dən çox uzunluğu olan kanal qazaraq, Baksol kanalizasiya sisteminə birləşdirmişdir.
Qəsəbədə yaranmış problemi aradan qaldırmaq məqsədilə 3000 paqono metr uzunluğunda su xətti, müxtəlif diametrli qaz xətti çəkilmiş və hal-hazırda qəsəbə ərazisində bu sahədə “Azərqaz” tərəfindən işlər davam etdirilir.
Elektrik enerjisi təchizatında, R.ismayılov küçəsində yeni 25 saylı transformator məntəqəsi tikilərək tam istifadəyə verilmişdir. Yarımstansiya 94-dən qidalanan 16 və 19 saylı 6Kv-lıq hava xətti tam olaraq yeraltı kabel xəttinə keçirilmiş və 10000 metr müasir XLPE 1*185 markalı kabel işlənmişdir. R.ismayılov küçəsində 1 ədəd 10 yuvalı paylayıcı qurğu quraşdırılaraq istifadəyə verilmişdir. Y.Hüseynov küçəsində yerləşən 21 saylı transformator mərkəzi sökülərək yerində yenisi inşa olunmuşdur. TM 21 və KTM 52 arasında 6Kv hava xətti kabel xəttinə keçirilmişdir. TM 21-dən TM 18-ə yeraltı kabel xətti çəkilmişdir. 1 May massivində yolun kənarında çəkilmiş TM 946-dan KTM 45-ə 6Kv–lıq hava xətti yeraltı kabel xətti ilə əvəz olunmuşdur. Magistral yolların kənarındakı 6Kv-lıq dayaqlar və 0.4kV-lıq sip dayaqları rənglənmişdir.
Ümumilikdə qəsəbə ərazisində istiliklə bağlı vacib görülən işlərdən biridə qazanxanaların bərpası və yenilərin tikilməsi davam etdirilərək qış mövsümü üçün istilik sisteminin qurulması həyata keçirilir.
Biləcəri qəsəbəsində mərkəzi küçələrdə əsaslı təmir işləri aparılaraq 28000 km2 çox sahədə yeni asfalt örtüyü çəkilmişdir.
Qəsəbə ərazisində abadlıq işləri aparmaq məqsədilə 25 min m2-dən artıq qazon, 100 mindən çox dekorativ güllər və yeni ağaclar əkilmiş,1000-ə yaxın fasad işıqları quraşdırılmışdır.Ümumiyyətlə Bələdiyyəmizə 6 ay ərzində 686 müraciət daxil olmuşdur. Bunlardan: 309 ərizə, 32 şikayət,80 adına torpaq sahəsi olması barədə sorğu, 5 itirilmiş sənədin bərpası və müxtəlif qurumlardan daxil olmuş sorğu və məktublar olmuşdur.
Biləcəri bələdiyyəsinin büdcəsini onun yerli vergi və rüsumlarından yığılan vəsait və dövlət tərəfindən bələdiyyələrə ayrılmış dotasiya təşkil edir. Biləcəri Bələdiyyə ərazisində vergi ödəyicilərinin uçot məlumatlarının dəqiqləşdirilməsi və vergitutma bazasının genişləndirilməsi üçün ev təsərrüfatları və təsərrüfat subyektlərinin (obyektlərinin) inventarizasiyası aparılması işləri gedir.
Biləcəri sakinlərimizin rifah halının daha yüksək olması üçün Biləcəri bələdiyyəsinin inzibati binasında ATRA BANK-ın Biləcəri filialı yaradılmışdır, bu da öz növbəsində sakinlərimizin, təqaüdçülərimizin kommunal ödənişlərinin ödənilməsində pul köçürmələrində hər hansı bank əməliyyatlarının eyni zamanda vergilərin ödənilməsində mərkəzə getmədən yerindəcə həll olmasında öz həllini tapmasını əks etdirir. Digər, burada əyləşən əməkdaşlarımızın ərazilərində olduğu kimi Biləcəri bələdiyyəsi ərazisində də 33 məhəllə komitələri yaradılmışdır və hər komitənin 5 üzvi olmaqla məhəllələrdə sakinlərin hər hansı problemlərini, şikayət və təkliflərinin həlli istiqamətində bələdiyyə ilə birgə əməkdaşlıq təşkil olunmuşdur.
Vətəndaşlara göstərilən xidmət proqramı təminatı yüklənmiş informasiya texnologiyaları vasitəsilə avtomatik rejimdə operatorlar tərəfindən vətəndaşlarla birbaşa ünsiyyət rejimində və operatorun yönəldici iştirakı ilə müvafiq proqram təminatı vasitəsilə aparılır, vətəndaşların suallarının cavablandırılmasına, şikayət və məlumatların qəbulu, eləcə də araşdırılmasına yönəldilir.
Hikmət Quliyev
Biləcəri bələdiyyəsinin sədri