sorğu
Binəqədi rayon Biləcəri bələdiyyəsində “ Bələdiyyə gəlirləri və yerli vergilər şöbəsi"nin işçilərinin iştirakı ilə geniş iclas keçirilib.
iclasda yerli vergi və rüsumlarının bələdiyyə büdcəsinə cəlb edilməsinin vəziyyəti müzakirə edilmiş, vergi ödəyiciləri ilə maarifləndirmə və təbliğat işlərinin aparılması, ərazinin inventarizasiyası və uçotalma ilə bağlı məsələlər araşdırılıb.
“Bələdiyyələrin avtomatlaşdırılmış məlumat sistemi” proqramı üzrə məlumatların yığılması, eləcə də proqrama daxil edilməsi, vergi ödənişləri ilə bağlı təbliğat və maarifləndirmə işlərinin təkmilləşdirilməsi və sürətləndirilməsi məsələləri müzakirə edilmiş, vergi müfəttişlərinə müvafiq tapşırıq və tövsiyyələr verilib.
Belediyye.info