Belediyye.infoya Binəqədi rayon Biləcəri bələdiyyəsindən daxil olan məlumatda bildirilir ki, bu gün bələdiyyənin inzibati binasında vergi müfəttişlərinin iştirakıyla işgüzar görüş keçirilib.
Binəqədi rayon icra Hakimiyyəti başçısı aparatının Sosial iqtisadi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Yəhya əliyevin və 16-46 xidmətinin rəisi Anar Səfərov qatıldığı toplantıda bələdiyyənin "Bələdiyyə gəlirləri və yerli vergilər şöbəsinin" əməkdaşları ilə yerli vergilərin tutulması bazasının müəyyənləşdirilməsi, vergilərin hesablanması və uçotunun aparılması mövzusunda müzakirələr aparılıb.
Qarşılıqlı anlaşma şəraitində keçən görüşdə tövsiyyə xarakterli fikir mübadiləsi aparılmış, vergi müfəttişlərini narafat edən məsələlər müzakirə edilmişdir.
Belediyye.info