Binəqədi rayon Biləcəri bələdiyyəsində “ Bələdiyyə gəlirləri və yerli vergilər” şöbəsinin işçilərinin iştirakı ilə geniş iclas keçirilib. Bu barədə məlumatı Biləcəri bələdiyyəsi yayıb.
Məlumatda qeyd edilir ki, iclasda vergi daxilolmaları, debitor borcların büdcəyə cəlb olunması, inventarizasiya və uçot işlərinin dürüstləşdirilməsi, “Bələdiyyələrin avtomatlaşdırılmış məlumat sistemi” proqramı üzrə məlumatların yığılması, eləcə də proqrama daxil edilməsi, vergi ödənişləri ilə bağlı təbliğat və maarifləndirmə işlərinin təkmilləşdirilməsi və sürətləndirilməsi məsələləri müzakirə edilib.
Sonda bələdiyyə sədri Hikmət Quliyev tərəfindən aidiyyatı üzrə şöbə işçilərinə müvafiq tapşırıqlar verilib.
iclasda bələdiyyənin sədr müavini Nazir isgəndərov da iştriak edib.
Belediyye.info
|
|
|
|