"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Biləcəri bələdiyyəsində məlumat saatı keçirilib

--2016-06-30 / 00:17

Binəqədi rayon Biləcəri Bələdiyyəsində Binəqədi rayon icra Hakimiyyəti başçısının 17.05.2016-cı il tarixli 111 saylı Sərancamı ilə təsdiq edilmiş “Tədbirlər Planı”nın 3-cü bəndinə uyğun olaraq “Bələdiyyələrin vergi və rüsumlarının toplanması” mövzusunda Məlumat saatı keçirilib.

Biləcəri bələdyyəsinin yaydığı  məlumata  görə, məlumat saatında “Bələdiyyə gəlirləri və yerli vergiləri” şöbəsinin məsul işçisi cari ilin ötən dövrü ərzində görülən işlər və vergi daxilolmaları ilə bağlı izahat verildi.

Məlumat saatını aparan bələdiyyənin icraçı katibi Nazir isgəndərov çıxış edərək bildirib ki, yerli vergilərin toplanılması sahəsində əsas meyar vergi uçotunun düzgün qurulmasından başlayır. Belə ki, vergi ödəyicisini düzgün müəyyən etmək üçün ərazidə əsaslı inventarizasiya aparılmalı, BAiS-in (bələdiyyənin avtomatlaşdırılmış informasiya sistemi ) tələb etdiyi məlumatlar tam alınaraq sistemə daxil edilməli,verginin hesablanması aparılmalı (o cümlədən ötən dövrə olan borc məbləği daxil olmaqla), tədiyyə bildirişi yazılmalı və müəyyən edilmiş müddətlərdə tədiyəçiyə çatdırılmalı, vergi daxilolmaları şəxsi vərəqələrə işlənməli, verginin tam ödənilib- ödənilməsi müəyyənləşdirilməlidir.

Bundan əlavə maarifləndirilmə və təbliğat işləri gücləndirilməlidir.

Tədbirin sonunda müzakirə olunan məsələ barədə fikir mübadiləsi aparılıb, irad və təkliflər dinlənilib.

Belediyye.info

 

ŞƏRHLƏR