"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Biləcəri bələdiyyəsində məlumatlandırma saatı keçirilib

--2017-06-05 / 11:01

Binəqədi rayon Biləcəri bələdiyyəsinin inzibati binasında bələdiyyənin məsul vəzifəli şəxslərinin və şöbə müdirlərinin iştirakı ilə məlumatlandırma saatı keçirilib. Bu barədə məlumatı Biləcəri bələdiyyəsi yayıb.

Məlumat saatında şöbə müdirlərinin və cavabdeh məsul şəxslərin cari ilin ötən dövrü üzrə hesabatları dinlənilərək, müvafiq təhlillər və müzakirələr aparılıb.

Tədbirdə əsasən Binəqədi rayon icra Hakimiyyəti başçısı yanında şuranın ictimai-siyasi, təbliğat işlərinin təşkili və ideolojı işin təkminləşdirilməsinə həsr olunmuş iş Planında göstərilmiş müddəalar öyrənilmiş, iştirakçılara izah edilmiş və bələdiyyənin gələcək fəaliyyətində rəhbərlik üçün qəbul edilmişdir.

Belediyye.info

ŞƏRHLƏR