"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Biləcəri bələdiyyəsində Milli Mətbuat günü qeyd edilib

--2018-07-21 / 13:22

Binəqədi rayon Biləcəri Bələdiyyəsində Milli Mətbuat günü münasibəti ilə media təmsilçiləriylə görüş keçirilib.

Bu barədə məlumatı Biləcəri bələdiyyəsi yayıb.

Bələdiyyə sədri Hikmət Quliyev ölkəmizdə media nümayəndələrinə göstərilən diqqətdən danışıb.

Hikmət Quliyev milli-mənəvi dəyərlərin möhkəmlənməsi, söz və mətbuat azadlığının təmin olunması istiqamətində prezident ilham əliyevin rəhbərliyi altında mühüm işlər görüldüyünü, ardıcıl bütün istiqamətlərdə islahatların aparıldığını xüsusilə vurğulayıb.H.Qulieyv Binəqədi də aparılan quruculuq işləri barədə danışıb, rayonunun son illərdə öz simasının tamamilə dəyişdiyini və həyata keçirilən layihələr barədə iştirakçılara məlumat verib.

Mətbuat işçiləri aparılan işlərə daim dəstək verdiklərini qeyd edərək, məlumatların nəinki ölkə ictimaiyyətinə, dünyaya çatdırılmasında KiV-in əhəmiyyətli rolunu qeyd ediblər.

Sonda media təmsilçilərinə Biləcəri bələdiyyəsi “Fəxri Fərman”ları təqdim edilib və xatirə şəkli çəkilib.

Belediyye.info

 

ŞƏRHLƏR