Binəqədi rayon Biləcəri bələdiyyəsinin bu gün keçirilən iclasında təşkilatı məsələyə baxılıb.
Belediyye.infoya daxil olan məlumata görə, bələdiyyə iclasında sədr Hikmət Quliyevin istefa ərizəsi müzakirə edilib.
Hikmət Quliyevin səhhətiylə bağlı vəzifəsindən azad edilməsi təklifi səs çoxluğu ilə qəbul edilib.
Bələdiyyə üzvü olan ilham Xəlilov yenidən bələdiyyə sədri seçilib. Qeyd edək ki, ilham Xəlilov 2005-2015-ci illərdə Biləcəri bələdiyyəsinin sədri vəzifəsində çalışıb. əlavə edək ki, Hikmət Quliyev 2015-ci ilin sentyabrından bu vəzifəyə seçilmişdi.
Hikmət Quliyevin sədrliyi dövründə Biləcəri bələdiyyəsi bir sıra layihələrin icrasına nail olsa da, ötən üç il ərzində sədr olaraq bələdiyyənin əvvəlki sədrlərinin rəhbərliyi dövründən yığılıb qalmış borc probleminin həllinə nail olunması mümkün olmamışdır.
iclasda Binəqədi RiH-in rəhbər vəzifəli şəxslərinın də iştirak etdiyi bildirilir.
Bələdiyyədən sayta daxil olan məlumatı təsdiqləmişlər.
Belediyye.info