Binəqədi Rayon icra Hakimiyyəti ilə Biləcəri bələdiyyəsinin iştirakıyla “Səmərəli əməkdaşlıq və fəaliyyətin əlaqələndirilməsində yeni perspektivlər” adlı seminar keçirilib.
Seminardan öncə qonaqlar Biləcəri bələdiyyəsinin inzibati binası və bələdiyyənin şöbələriylə tanış olublar.
Keçirilən seminar Binəqədi rayon icra Hakimiyyəti Aparatının ictimai – siyasi və humanitar məsələlər, ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin əməkdaşları, Biləcəri bələdiyyəsinin sədri, bələdiyyə quluqçuları və Binəqədi rayon icra Hakimiyyətində təcrübədə olan ASAN könüllüləri iştirak ediblər.
Keçirilən görüşdə dini radikalizm və ektremizmə qarşı effektiv tədbirlərin həyata keçirilməsi, PR və mətbuatla iş, rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə, təşkilatlarla işin koordinasiyalı qurulması və gənclərin asudə vaxtlarını səmərəli təşkili, sosial layihələrin keçirilməsi istiqamətində qarşılıqlı fikir mübadiləsi aparılıb.
ilk olaraq görüşü Binəqədi rayon icra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Rauf Həsənov açaraq RiH-nin məsul əməkdaşlarını bələdiyyə qulluqçularına təqdim etmiş və görüşün proqramı haqqında məlumat verib.
Daha sonra Biləcəri bələdiyyəsinin sədri Hikmət Quliyev bələdiyyə quluqçularını təqdim etmiş və görüşün səmərəliyi haqqında məlumat verib. Təqdimatlardan sonra hər iki tərəf arasında ictimai – siyasi və humanitar məsələlər sahəsində o cümlədən, təhsil, məktəbəqədər təhsil, səhiyyə, din, mədəniyyət, KiV-lə əməkdaşlıq, sosial şəbəkələrlə işin təkmilləşdirilməsi və eyni zamanda sosial layihələrin icra edilməsi sahəsində müzakirələr aparılıb.
Müzakirələr zamanı Binəqədi rayon icra Hakimiyyətində təcrübə keçən ASAN könüllüləri də təklifləri müzakirə edilib.
Tədbir zamanı Biləcəri Bələdiyyəsində yeni yaradılmış ictimai-humanitar sektor haqqında məlumat verilərək, ona rəhbərlik edəcək bələdiyyə üzvi Leyla əliyeva Rayon icra Hakimiyyətinin məsul əməkdaşlarına təqdim edilib.
Belediyye.info
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|