sorğu
Binəqədi rayon Biləcəri Bələdiyyəsinda toplantı keçirilib. Bu barədə Belediyye.infoya daxil olan məlumatda bildirilir ki, bələdiyyə gəlirləri və yerli vergilər şöbəsində şöbə işçilərinin iştirakı ilə yığıncaqda sakinlərin vergi haqqında maarifləndirilməsi, yerli vergi ödəyicilərinin uçota alınması və bu istiqamətdə digər məsələlər müzakirə edilmişdir.
Toplantıda sakinlərlə rəftar və ünsiyyətin qurulması, vergi borcu olan vətəndaşların vergiyə cəlb edilməsi məsələsi ətrafında ciddi fikir mübadiləsi aparılıb.
Belediyye.info