"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Biləcəri bələdiyyəsində yerli vergilərin yığımı müzakirə edilib

--2017-02-23 / 01:46

Binəqədi rayon Biləcəri bələdiyyəsində yerli vergilərin yığımıyla bağlı toplantı keçirilib. Belediyye.infoya bu barədə məlumatı Biləcəri bələdiyyəsindən daxil olub.

Bələdiyyənin inzibati binasında keçirilən toplantıda Biləcəri bələdiyyəsinin sədri Hikmət Quliyev, bələdiyyənin icraçı katibi Nazir isgəndərov, bələdiyyənin hüquqşunası Elçin Məmmədov və baş mühasib Aynur Teymurova və  “Bələdiyyə gəlirləri və yerli vergilər” şöbəsinin işçiləri iştirak ediblər.

Yığıncaqda vergi daxilolmalarının icra vəziyyəti, maarifləndirmə və təbliğat işlərinin aparılması və vergi ödəyiciləri ilə qarşılıqlı əlaqələrin yaradılması ilə bağlı məsələlər müzakirə edilmiş, müvafiq təhlillər aparılmışdır.

Vergi müfəttişlərinə onların hüquq və vəzifələri, eləcə də səlahiyyətləri bir daha izah edilmiş, işlərini günün tələbləri səviyyəsində qurulması onlardan ciddi şəkildə tələb edilmişdir.

 Belediyye.info

ŞƏRHLƏR