"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Biləcəri bələdiyyəsindən "Hər qadına bir çiçək"

--2018-03-07 / 14:01

"Hər qadına bir çiçək" lahiyəsi çəçivəsində Binəqədi rayon Biləcəri bələdiyyəsinin əməkdaşları tərəfindən 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə qəsəbə ərazisində özünəməxsus tədbir keçirilmişdir. Bu barədə məluamtı Biləcəri bələdiyyəsi yayıb.

Tədbirdə bayram libası geyinmiş və gül çələngi taxmış qızlar gül səbətlərinə yığılmış tər gül-çiçəklə qəsəbənin müxtəlif yerlərində-avtobuslarda, avtobus dayanacaqlarında, parklarda, ticarət obyektlərində olan sakinlərimizə tər gül dəstəsi təqdim edərək qarşıdan gələn bayramlarını təbrik ediblər. 
Keçirilən tədbir sakinlərə xoş təsir bağışlamışdır.

"Hər qadına bir çiçək" lahiyəsinin davamı olaraq Biləcəri bələdiyyəsinin kollektivi Biləcəri qəsəbəsindəki 6-cı polis bölməsinin xanım əməkdaşlarını 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə bölmənin inzibati binasında təbrik etmiş, onlara gül dəstələri təqdim edərək işlərində uğurlar diləmişlər.

 Belediyye.info
ŞƏRHLƏR