sorğu
Binəqədi rayon Biləcəri Bələdiyyəsi Müqəddəs Ramazan ayı çərçivəsində verdiyi iftar süfrəsində iştirak edə bilməyən qəsəbə sakini II qrup əlil, himayəsində daha 2 nəfər əlil olan aztəminatlı Eynulla Abdulrəhmanovun ailəsi bələdiyyənin diqqətindən kənarda qoymamışdır. Bu bardədə məlumatı Biləcəri bələdiyyəsi yayıb.
Biləcəri bələdiyyəsi ictimai-humanitar sektorunun təşəbbüsü ilə mərhəmət və şəfqət ayı olan Ramazan ayında bayram sovqatı hazırlayaraq Eynulla müəllimi evində yad ediblər.
Belediyye.infoya daxil olan məlumata görə, bələdiyyə bu sosial aksiyanı Ramazan bayramınadək davam etdirəcək.
Belediyye.info