***
Bələdiyyə sağlamlıq imkanları məhdud olan Amin Fərəczadəni ziyarət edib
Binəqədi Rayon icra Hakimiyyətinin dəstəyi və Biləcəri bələdiyyəsinin təşkilatçılığı ilə ali məktəbə qəbul olunmuş sağlamlıq imkanları məhdud sakinimiz Amin Fərəczadə ziyarət edilib.Bubarədə məlumatı Biləcəri bələdiyyəsi yayıb.
Görüşdə Binəqədi Rayon icra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Seymur Hacıyev, Biləcəri bələdiyyəsinin sədri Hikmət Quliyev və bələdiyyənin ictimai-humanitar sektor müdiri Amin Fərəczadəni tələbə olması münasibətilə təbrik etmiş və gələcək təhsilində uğurlar diləyiblər.
Amin Fərəczadə gənclərə göstərilən diqqətə görə ölkə başçısı cənab ilham əliyevə və onu bu uğuru münasibətilə təbrik edən rayon rəhbərliyinə təşəkkürünü bildirib.
Sonda Amin Fərəczadə ilə xatirə fotosu çəkdirilmiş və ona rayon adından hədiyyə təqdim edilib.
****
Bələdiyyə ahıllar gününü qeyd edib
Biləcəri qəsəbəsində Beynəlxalq Ahıllar Günü hər il qeyd olunduğu kimi bu ildə qəsəbəmizdə 1 Oktyabr - Beynəlxalq Ahıllar Günü qeyd olundu .
Bayram münasibəti ilə Biləcəri Lokomotiv Deposunda 50 il əmək fəaliyyəti olan qəsəbə sakinlərimiz Məhəmməd və Solmaz Həsənovlar ailəsi evlərində ziyarət olunaraq bayram münasibəti ilə təbrik edildi.
Təşkil edilən ziyarətdə Binəqədi rayon icra Hakimiyyətinin əməkdaşları, Biləcəri bələdiyyəsinin sədri Hikmət Quliyev, bələdiyyənin “ictimai-humanitar” sektor müdiri və 25 saylı şəhər poliknikasının tibb personalı iştirak etmişdir.
Həkimlər tərəfindən ahıllarımız müayinə edilmiş və sonda xatirə fotosu çəkdirilmişdir.
Belediyye.info
|
|
|