"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Biləcəri bələdiyyəsinə yeni sədr seçilib

--2015-06-19 / 17:22

Binəqədi rayonu Biləcəri bələdiyyəsinin sədri ilham Xəlilov vəzifəsindən istefa verib. Bu günlərdə  keçirilən bələdiyyənin ümumi iclasında Hikmət Quliyev  sədr seçilib. 1983 - cü il təvəllüdlü sədr ali təhsillidir və ilk dəfədir ki bələdiyyə üzvü seçilib.

ilham Xəlilovun hansı səbəbdən istefa verməsi barədə açıqlama verilmir. Qeyd edək ki, bundan əvvəl o Azərbaycan Milli Qəsəbə Bələdiyyə Assosiasiyasının sədrliyindən də istefa vermişdi.

Yeni Azərbaycan Partiyasının üzvü olan ilham Xəlilov 2005-ci ilin yanvar ayından Biləcəri bələdiyyəsinin ümumi iclasının qərarı ilə sədr vəzifəsini icra edirdi.

Belediyye.info 

ŞƏRHLƏR