K.Bayramov:“Bu borc əslində bələdiyyənin əvvəlki sədrinin işinə məsuliyyətlə yanaşmamasının nəticəsi kimi qəbul edilməlidir”
H.Quliyev: “Bu gün bələdiyyənin əsas vəzifəsi bu borcların silinməsinə nail olmaqdır”
***
Binəqədi rayon Biləcəri bələdiyyəsinin əvvəlki illərdən yığılıb qalmış 635 min manat borcu vardır.
Bələdiyyənin borcları barədə məsələyə aydınlıq gətirən bələdiyyə sədri Hikmət Quliyev bildirib ki, bələdiyyənin ümumilikdə 634.450 manat borcu mövcuddur ki, onlardan Dövlət Sosial Müdafiə Fonduna 395612 manat, (o cümlədən 127.040 manat peniya borcu) Həmkarlar Təşkilatına 16.098 manat, əmək haqqından gəlir vergisinə görə 12.710 manat, Silahlı Qüvvələr Fonduna 6.571 manat, bələdiyyənin qulluqçularına ödənilməmiş əmək haqqına görə 29.870 manat, Azərbaycan Qəsəbə Bələdiyyələrinin Milli Assosiasiyasına üzvlük haqqına görə 2.700 manat, “Təmiz şəhər” ASC 127.829 manat, qazdan istifadəyə görə 2.423 manat, AtraBank ASC 37.637 manat və Bakı Hüquq şirkəti Mərkəzinə 3.000 manat olmuşdur.
Bu borclar bütövlükdə bələdiyyənin 2014-cü ilədək yığılıb qalmış borclarıdır. Bu gün bələdiyyənin əsas vəzifəsi bu borcların silinməsinə nail olmaqdır. Ancaq bütün cəhdlərə baxmayaraq hələ ki bu vəzifənin öhdəsindən gəlmək mümkün deyildir.
Biləcəri bələdiyyəsinin borc məsələsinə münasibət bildirən Milli Məclisin Regional Məsələlər Komitəsinin üzvü Kamran Bayramov bildirib ki, bu borc əslində bələdiyyənin əvvəlki sədrinin işini məsuliyyətlə yanaşmamasının nəticəsi kimi qəbul edilməlidir. əgər yeni sədr təhvil-təslim zamanı bu məsələni qaldırmayıbsa, demək bələdiyyənin indiki tərkibi də onun odənilməsinə məsuliyyət daşıyır. Millət vəkilin sözlərinə görə, bu məqam bələdiyyə sədrlərinin işinə məsuliyyətlə yanaşamsını və təhvil-təslim zamanı borcların silinməsi məsələsini ortaya qoyur.
Belediyye.info