ilham Məmməd oğlu Xəlilov 1958-ci ildə şəmkir rayonunda anadan olub.
əmək fəaliyyətinə 1975-ci ildə Biləcəri Lokomativ deposunda çilingər kimi başlayıb.
1980-1986-cı illərdə Rostov Dəmir Yol institutunda Ali təhsil alıb.
1992-1994, 2000-2006-cı illərdə “Vulkan” KM-direktoru işləyib.
1994-2000-ci illərdə “Azərbaycan Dəmiryolları” SC müxtəlif vəzifələrdə, o cümlədən bir müddət Bakı Dəmiryol Sərnişin stansiyasının rəisi vəzifəsində çalışıb.
ikinci, üçüncü və dördüncü çağırış bələdiyyə seçkilərinə qatılıb və bələdiyyə üzvü seçilib.
2004-cü ildən 2015- ci ilin avqust ayınadək Binəqədi rayonu Biləcəri bələdiyyəsinin sədri vəzifəsində çalışıb.
2008-2015-ci illərdə Azərbaycan Qəsəbə Bələdiyyələri Milli Assosiasiyasının sədri olub.
Ailəlidir, iki övladı var.