"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Biləcəri də ağsaqqal sakinlərlə görüş keçirildi

--2016-08-27 / 20:14

 Binəqədi rayon Biləcəri bələdiyyəsinin  ictimai-humanitar  sektorunun təşkilatçılığı ilə qəsəbənin ağsaqqal və ağbirçəkləri ilə görüş keçirilib.

Bələdiyyənin yaydığı məlumata görə, görüşdə Biləcəri bələdiyyəsinin sədri Hikmət Quliyev, Binəqədi Rayon icra Hakimiyyəti başçısı Aparatının ictimai - siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Seymur Hacıyev və Biləcəri bələdiyyəsinin sədr müavini Sahib Nağdəliyev iştirak edib.

Tədbiri bələdiyyənin sədri açaraq  tədbirə qatılan ahıl yaşlı insanları salamlayaraq, öz çıxışında onların məsləhətinə hər zaman ehtiyac olduğunu və bu qəsəbə üçün hər birinin dəyərli olduğunu xüsusiylə  vurğulayıb.

Daha sonra çıxış edən Binəqədi rayon icra Hakimiyyəti başçısı Aparatının ictimai - siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Seymur Hacıyev Prezident ilham əliyevin rəhbərliyi altında son illər ölkəmizdə əhalinin, xüsusilə də, yaşlı nəslin sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində mühüm tədbirlərin həyata keçirildiyini, xüsusi qayğıya ehtiyacı olanların dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu qeyd edib.

Qarşılıqlı fikir mübadiləsi şəraitində davam edən görüşdə ölkəmizdə yaşlı nəsilə göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıq bildirilib.

Tədbirdə qarşıdan gələn 26 sentyabr Refendum günü haqqında geniş fikir mübadiləsi aparılıb.

Belediyye.info

ŞƏRHLƏR