Binəqədi rayon Biləcəri bələdiyyəsinin yaydığı məlumata görə, bu gün bələdiyyə daha bir şəhidi anıb.
Nəriman Qüdrət oğlu Nemətov Murov istiqamətində gedən döyüşlər zamanı 13.02.1994-cü il tarixində qəhrəmancasına həlak olub. Onun cəsədi qar uçqunları altında qaldığından 20.06.1994-cü il tarixində torpağa tapşırılıb.
Bələdiyyənin əməkdaşları və məhəllə komitəsi ilə birlikdə şəhidin anası imamət Nemətovanın iştirakı ilə Nərimanın yaşadığı binanın həyətində onun adına inşa edilmiş xatirə bulağının ətrafında görüş keçirib.
Görüşdə şəhid Nəriman Qüdrət oğlu Nemətov döyüş yolundan danışılaraq, ailənin problemləri ilə maraqlanıblar.
Bələdiyyədən bildiriblər ki, ailə üzvlərinin qaldırdığı məqamlar bələdiyyə iclasında müzakirə edilərək yaxın günlərdə həll ediləcəyi deyilir.
Belediyye.info