"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Biləcəri də Novruz bayramı qeyd edilib

--2017-03-19 / 19:19

Binəqədi rayon Biləcəri bələdiyyəsinin yaydığı məlumata görə, Novruz bayramı münasibəti ilə Biləcəri istirahət və Mədəniyyət parkında Binəqədi rayon icra Hakimiyyəti və Biləcəri bələdiyyəsinin təşkilatçılığı ilə geniş və rəngarəng Bayram tədbiri keçirilib.

Tədbirdə respublikanın tanınmış müğənniləri, pəhləvanlar və kəndirbazların iştirakı ilə konsert proqramı təşkil edilib.

Bundan əlavə qəsəbədə fəaliyyət göstərən məktəb və yaradıcılıq birliyinin şagirdləri tərəfindən hazırlanmış bayram rəmzlərini təsvir edən əşyalar və rəsmlərdən ibarət sərgi nümayiş etdirilib.

Tədbir geniş ictimaiyyətin və qəsəbə sakinlərinin iştirakı ilə keçmiş və onlarda xoş bayram əhval-ruhiyyəsi yaradıb.

Belediyye.info 

ŞƏRHLƏR