Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 aprel 2005-ci il tarixli 74 nömrəli Qərarına əsasən “şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanması, müntəzəm daşınması və zərərsizləşdirilməsi” barədə təsdiqlənmiş qaydalara əsasən Biləcəri qəsəbə inzibati ərazisi daxilində keçirilən reyd davam etməkdədir.
Bu barədə məlumatı Binəqədi rayon Biləcəri bələdiyyəsi yayıb.
Məlumatrda bildirlir ki, reyd zamanı mərkəzi yolun kənarlarında yararsız avtomobillər, ehtiyyat hissələri və müxtəlif iri ölçülü qabaritlərin konteyner meydançalarından kənara atılması hallarının yaratdığı fəsadların qarşısının alınması məqsədilə müvafiq tədbirlər görülmüşdür.
Qeyd edək ki, reyd Binəqədi RiH-in təşəbbüsü ilə qəsəbə icra nümayəndəliyinin və Biləcəri bələdiyyəsinin iştirakıyla keçirilib.
Belediyye.info
|
|
|
|