sorğu
Binəqədi rayon Biləcəri bələdiyyəsinin yaydığı məlumata görə, yeni il ərəfəsində Biləcəri icra Nümayəndəliyi və Biləcəri bələdiyyəsi tərəfindən Biləcəri qəsəbəsində geniş abadlıq və təmir işləri həyata keçirilir. Məlumatda bildirilir ki, qəsəbənin X.Natavan və Y.Hüseynov küçələrində səkilər təmizlənir, hasarlar ağardılır, divarlar rənglənərək qaydaya salınır.
Yol kənarlarındakı ağacların quru budaqları yığışdırılır. Məişət tullantıları meydançaları və zibil konteynerlıri yuyularaq yenilənir. Sumqayıt şossesində yol kənarındakı taxta dekorların qopan hissələri yerinə bərpa edilərək yuyulub təmizlənir.
Görülən işlər davam etdirilir.
Belediyye.info