"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Biləcəri qəsəbəsində anım tədbiri keçiriləcək

--2017-04-04 / 07:33

Binəqədi rayon Biləcəri qəsəbə  bələdiyyəsinin yaydığı məlumata görə,  Nərimanov Rayon icra Hakmiyyətinin təşəbbüsü ilə 06 Aprel 2017-ci il tarixdə 2016-cı il Aprel döyüşlərində şəhid olan Mahir Sabir oğlu Mirzəyevin il mərasimi keçiriləcək.

Qeyd edək ki, Mahir Sabir oğlu Mirzəyev Nərimanov rayonun  sakini olub və bu rayondan hərbi xidmətə çağrılıb.
ÜNVAN: Biləcəri qəsəbəsi Natəvan küçəsi ( Daxili Qoşunların Hərbi hissəsinin yanı) 

Xatırladaq ki,Mahir Sabir oğlu Mirzəyev 17 fevral 1994 cü ildə anadan olub və  2016 cı ildə Aprel döyüşləri  zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

Belediyye.info

ŞƏRHLƏR