"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Biləcəri qəsəbəsində iməcilik keçirilib

--2017-04-01 / 14:19

Yaz mövsümünün başlanması  ilə əlaqədar Biləcəri qəsəbəsi ərazisində, o cümlədən  X.Natəvan  və Q.Süleymanov küçələrində Biləcəri bələdiyyəsi və Binəqədi rayon MKTB-nin xüsusi təyinatlı MKiS-nin əməkdaşları tərəfindən geniş miqyaslı abadlıq və təmizlik işləri aparılmışdır. Binəqədi rayon Biləcəri bələdiyyəsinin yaydığı  məlumata görə, iməcilikdə bələdiyyənin müvafiq əməkdaşlarıyla yanaşı, qəsəbə sakinləri də yaxından iştirak edib.

Bununla yanaşı Biləcəri bələdiyyəsi ərazidə fəaliyyət göstərən iaşə  obyektlərinin sahibləriylə və qəsəbə sakinləriylə maarifləndirmə işləri aparıblar.

Bələdiyyədən daxil olan məlumata görə, hər həftə bu tipil iməciliklərin keçirilməsi nəzərdə tutulub.

Belediyye.info   

ŞƏRHLƏR