Binəqədi rayon icra Hakimiyyəti əhalinin soaial rifahının yaxşılaşdırılmas istiqamətində fəaliyyətini davam etdirir. icra Hakimiyyəti rayon bələdiyyə rəhbərlərinə və qəsəbə inzibati ərazi üzrə nümayəndələri qarşısında tapşırıq qoyub ki, mütəmadi olaraq əhali ilə ünsiyyət qurub, onların problemlərinin həllində dəstək olsunlar.
Avrasiya.net-in əldə etdiyi məlumata görə, belə tədbirlərdən biri Biləcəri qəsəbəsində də həyata keçirilib.
Belə ki, Binəqədi rayon icra hakimiyyətinin Biləcəri qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi ibad ibrahimov və Biləcəri Bələdiyyəsinin sədri Hikmət Quliyev qəsəbənin M.Moqamayev küçəsində sakinlərin müraciəti əsasında həmin ünvanda olub və məsələnin həlli istiqamətində müvafiq danışıqlar aparıblar.
Onu da qeyd edək ki, Biləcəri qəsəbə bələdiyyəsi sədrinin tapşırığı ilə hər həftə bələdiyyənin müvafiq şöbələrin səlahiyyətliləri ərazilərdə olub, yerli sakinlərlə görüşüb, onların sosial problemlərini qeyd edib. yerindəcə həllinə çalışırlar.
|
|
|