"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Biləcəri sakini Binəqədi RiH-ə niyə təşəkkür etdi?

--2017-02-04 / 16:39

Binəqədi rayon Biləcəri qəsəbəsi Firudin əliyev küçəsi 13-də yaşayan, istefada olan polkovnik Telman Ağabəyli  Belediyye.infoya müraciət edərək  sayt vasitəsiylə Binəqədi RiH-ə təşəkkürünü çatdırmağı xahiş edib.

T.Ağabəylinin sözlərinə görə, 31 yanvar tarixində mənzilnə qaz verilişi sayğacın şaxta səbəbindən  sıradan çıxması səbəbindən dayanıbmış.

104 qəza xidmətinə dəfələrlə müraciət etməsi heç bir nəticə vermədiyindən, 2-fevral tarixində Binəqədi RiH-in 16-46 “Qaynar xətti”nə müraciət etməli olub.

“Qaynar xətt”dən dərhal müraciəti diqqətdə saxlamış və 3 fevral tarixində “Azərqaz” iB -nin yerli qurumunun əməkdaşları onun mənzilinə gələrək sıradan cıxmış sayğacı dəyişərək, onun üstündə olan  balansı da yenisinə yükləyərək təhvil verib gediblər.

T.Ağabəyli qeyd edir ki, 3 fevral tarixində “Qaynar xətt”dən vəziyyətlə bağlı maraqlanıblar.

Bununla bağlı istefada olan polkovnik Binəqədi RiH-ə və  “Qaynar xətt”də çalışan əməkdaşlarına bir daha təşəkkür etməyi özünə borc bilir.

Belediyye.info       

ŞƏRHLƏR