"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Biləcəri sakinləri hansı problemləri qaldırdılar?-CiDDi

--2017-03-01 / 19:27

Binəqədi RiHB-nın Biləcəri qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi və Biləcəri bələdiyyəsi tərəfindən qəsəbənin N.Həşimi küçəsi-31 ünvanındakı xeyir - şər evində həmin ərazidə yaşayan sakinlərlə səyyari görüşü keçirilmişdir.

Bələdiyyənin yaydığı məlumata görə, görüşdə Biləcəri bələdiyyəsinin sədri Hikmət Quliyev, Binəqədi RiH Başçısının Biləcəri QiəD-si üzrə nümayəndəsi ibad ibrahimov, 113 saylı MiS-nin rəisi Nazim Rüstəmov, qəsəbə nümayəndəliyi və bələdiyyənin məsul işçiləri, eləcə də 65 nəfərə yaxın sakin iştirak etmişdir.

Görüşdə sakinlərin müraciətləri, onları narahat edən problemlər, şikayət və təkliflər dinlənilmişdir. Sakinlər tərəfindən səsləndirilən əsas problemlər - xeyir-şər evinə istiliyin verilməsi, 29,30 və 31 – ci binaların zirzəmilərinin sudan qurudulması, məhəllədaxili yolların təmir edilməsi və işıqlandırılması, kanalizasiya xətlərindəki nasazlığın aradan qaldırılması, sahibsiz itlərin zərərsizləşdirilməsi məsələləri olmuşdur.

Sakinlərin müraciətləri dinlənilmiş, müvafiq izahatlar verilmiş, problemlərin həlli ilə bağlı aidiyyatı tədbirlərin həyata keçirilməsi onların diqqətinə çatdırılmışdır.

Belediyye.info

 

ŞƏRHLƏR