"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Biləcəri sakinlərinə hesabat verildi

--2018-07-30 / 10:40

Binəqədi rayon Biləcəri qəsəbəsi A.Zeynallı küçəsi, bina 33 ünvanında yerləşən mərasim evində  Biləcəri bələdiyyəsi sədri Hikmət Quliyevin qəsəbə sakinləri qarşısında hesabat yığıncağı keçirilib.  Bu barədə məlumatı Biləcəri bələdiyyəsi yayb.
Hesabat yığıncağını Biləcəri bələdiyyəsi sədri Hikmət Quliyev giriş sözü ilə açaraq qəsəbədə abadlıq və quruculuq sahəsində görülən işlərdən, sosial-iqtisadi sahədə əldə edilmiş nailiyyətlərdən danışıb.
Daha sonra bələdiyyə sədri Hikmət Quliyev sakinlər qarşısında bələdiyyənin 2018 ci ilin 6 ay ərzində sosial-iqtisadi inkişaf sahəsində görülmüş işlər, həyata keçirilmiş tədbirlər haqqında hesabatını səsləndirmiş və sakinlərlə canlı təmasda olmuş, onlar tərəfindən qaldırılan məsələlərin həlli istiqamətində bələdiyyənin məsul şəxslərinə müvafiq tapşırıqlar verib. 
Hesabat yığıncağının sonunda Biləcəri bələdiyyəsi tərəfindən Binəqədi rayonu Biləcəri qəsəbəsinin ictimai-siyasi həyatında yorulmaz fəaliyyətinə, vətəndaş-bələdiyyə həmrəyliyinin möhkəmləndirilməsində göstərdiyi xidmətlərinə görə qəsəbə ərazisində fəaliyyət göstərən məhəllə komitələrinin sədrləri diplomla təltif olunublar.

Belediyye.info

ŞƏRHLƏR