"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Biləcəridə baş kanalizasiya kollektoru daşıb

--2015-10-29 / 10:24

Biləcəri qəsəbə bələdiyyəsinin yaydığı məlumata ğörə, 1000 mm-lik Xırdalan baş kanalizasiya kollektorunun daşması nəticəsində qəsəbənin bir sıra küçələrini çirkab və yağış suları basıb və həmin ərazilərdə hərəkət iflic vəziyyətə düşüb. Nəticədə sakinlərin və avtomobillərin hərəkətinə maneələr yaranıb.

Sakinlərin müraciətinə uyğun olaraq ərazilərdə müvafiq tədbirlər görülur. Hazırda suların axıntısının qarşısı alınıb. Biləcəri Qəsəbə inzibati ərazi Dairəsi üzrə nümayəndə ibad ibrahimov və Biləcəri qəsəbə bələdiyyəsinin sədri Hikmət Quliyev qəsəbənin müxtəlif ərazilərində olaraq prosesin daha sürətli və keyfiyyətli həlli istiqamətində tapşırıqlarını veriblər.

Bundan əlavə bələdiyyə sədri Hikmət Quliyev sakinlərin yağışlı havada yaranan problemlərlə bağlı müraciəti əsasında qəsəbənin X.Məlikaslanov küçəsi 4-cü döngədə  yaranmış vəziyyətlə də tanış olaraq problemin həlli istiqamətində addımların atılacağına söz verib.

Belediyye.info

ŞƏRHLƏR