"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Biləcəridə stolüstü oyunlar üzrə rayon birincilikləri keçirilib

--2016-09-03 / 21:19

Biləcəri istirahət parkında vətəndaşların asudə vaxtlarının səmərəli təşkili məqsədilə sakinlər arasında stolüstü oyunlar üzrə Binəqədi rayon birincilikləri keçirilib.

Gənclər və idman Nazirliyindən bildiriblər ki, Binəqədi Rayon Gənclər və idman idarəsi, rayon bələdiyyələrinın, qəsəbə və sahə inzibati ərazi dairələri üzrə nümayəndəliklərin təşkilatçılığı ilə keçirilən birinciliklərdə, ümumilikdə 250 sakin dama, şahmat və nərd yarışlarında qüvvəsini sınayıb.

Yarışın mükafatçılarına Binəqədi Rayon Gənclər və idman idarəsi tərəfindən diplom və xatirə hədiyyələri təqdim olunub.

http://azertag.az/xeber/989488

ŞƏRHLƏR