sorğu
Biləsuvar bələdiyyəsi daha bir layihəyə yekun vurub. Bu barədə məlumatı Biləsuvar bələdiyyəsi yayıb.
şəhərin yeni yaşayış massivində olan ə.Muğanlı, ə.Hacıyev, A.Mustafayev, C.Hüseynov küçələrinə çınqıl tökülərək “qreder” maşınla yayılıb.
Məlumatda bildirilir ki, həmin küçələrdə yaşayan sakinlərin bələdiyyəyə müraciəti bələdiyyə iclasında baxılaraq əraziyə çınqıl tökülərək hamarlanması və sakinlərin, habelə avtomobillərin hərəkəti üçün yararlı vəziyyətə gətirilməsi qərara alınıb.
Bununla bağlı bələdiyyənin həyata keçirdiyi layihə artıq başa çatıb.
Belediyye.info
|
|
|
|
|
|
|
|