Biləsuvar bələdiyyəsi də əhali arasında maarifləndirmə işlərini davam etdirməkdədir
Biləsuvar bələdiyyəsi Biləsuvar RiH-in təşəbbüsü ilə Rayon icra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının nümayəndələrinin iştirakıyla xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi üçün əhali arasında maarifləndirmə işlərinin aparılması məqsədilə yaradılmış mobil qrup üzvləri tərəfindən rayon ərazisində izahetmə-xəbərdarlıq işləri davam etdirilir. Bu barədə məluamtı Biləsuvar bələdiyyəsi yayıb.
Biləsuvar RiH-in iqtisadiyyat şöbəsindən ilqar Abbasovun, Biləsuvar bələdiyyəsinin sədr müavini Malik Qədirovun, bələdiyyənin vergi müfəttişi Elçin şirinovun, polis leytnantı Aqşin Məmmədovun iştiarkıyla keçirilən reyd-izahat işlərində əhalinin sıx olduğu məkanlarda, ticarət obyektlərində, həmçinin ictimai nəqliyyatda qoruyucu maskalardan istifadənin zəruriliyi və sosial məsafənin gözlənilməsi ilə bağlı maarifləndirici söhbətlər aparılıb.
Rayon ərazisində koronavirus infeksiyası əleyhinə görülən tədbirlərin daha da effektli nəticə verməsi məqsədilə vətəndaşların məsuliyyətli olmasının mühüm əhəmiyyət kəsb etdiyi və bütün dünyanı cənginə alan COVID-19 infeksiyasına qalib gəlməyin yeganə yolunun məsuliyyətli davranmaq və karantin qaydalarına ciddi şəkildə riayət edilməsi bir daha sakinlərin diqqətinə çatdırılıb.
https://www.youtube.com/watch?v=xvDKNqwqxTk
Belediyye.info