Biləsuvar bələdiyyəsinin 2020-ci ili ərzində görülmüş işlər haqqında, o cümlədən maliyyə vəsaitlərinin və bələdiyyə mülkiyyətinin istifadəsi haqqında
H E S A B A T I
Nəzərinizə çatdırmaq istəyirəm ki, artıq bələdiyyələr ictimai həyatda daha fəal rol oynamağa başlamış, yerli demokratiyanın inkişafında və sosial probremlərin həllində xeyli irəliləyişə nail olunmuşdur.
Dövlətin əsas vəzifələrindən biri yerli özünüidarəetmənin, yerli demokratiyanın inkişafını dəstəkləmək, bu prosesin hüquqi tənzimlənməsinə və Azərbaycan Respublikasının Konustitusiyasında təsbit olunmuş özünüidarə prinsiplərini həyata keçirməkdir. Bələdiyyə institutunun inkişafı Azərbaycan Respublikası Prezdentinin daim diqqət mərkəzindədir.
Bələdiyə sahəsində dövlət siyasətinin əsas istiqamətlərindən biri də bələdiyyənin fəaliyyətində qanunçuluğa riayət edilməsinin təmin olunması, hüquq pozuntularının aradan qaldırılmasıdır.
Bildiyimiz kimi, bələdiyyələr kollegial orqandır, yəni-yerli əhəmiyyətli bütün məsələlər, layihələr bələdiyyə iclaslarında müzakirə edildikdən sonra qərarlar qəbul olunur.
Biləsuvar bələdiyyəsində ötən 2020-ci ili ərzində 17 iclas keçirilmiş,40 məsələ müzakirə edilərək, müvafiq qərarlar qəbul edilmişdir. 2020-ci il ərzində bələdiyyə iclasında müzakirə olunan 28-i sosial məsələ barədə, 12-si isə cari məsələlər olmuşdur.
2020-ci ili ərzində Biləsuvar bələdiyyəsinə 177 müraciət daxil olmuşdur. Müraciətlərin 83-ü vətəndaşdan birbaşa daxil olmuşdur. Bundan əlavə 35 nəfər vətəndaş şifahi müraciətləri və əhali ilə keçirilən sıx görüşlər zamanı sakinlərin müraciətləri əsasında qəbul olunmuş və onların qaldırdıqları məsələlər əsasən həll olunmuşdur.
Bütün müraciətlərə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq baxılb cavab verilmişdir.
Vətəndaşların ərizə və şikayətlərinə baxılarkən sosial müdafiəyə ehtiyacı olan Qarabağ müharibəsi əlillərinə, veteranlara, şəhid və az təminatlı ailələrə daha diqqətlə yanaşılmışdır.
Torpaq islahatı zamanı bələdiyyəyə 290.84 hektar ehtiyat fondu torpağı ayrılmışdır ki, bunun 70.5 hektarı kənd təsərrüfatına yararlı torpaq sahələridir. Bələdiyyənin ehtiyat fondundan 195.25 hektar torpaq sahəsi 26 nəfərə kənd təssərüfatı məhsulları istehsalı üçün icarəyə verilmişdir.
Mövcud qanunvericiliyə uyğun olaraq hər ilin dekabr ayının 20-dək növbəti il üçün proqnoz rəqəmlərə əsasən bələdiyyənin yerli büdcəsinin gəlirlər və xərclər smetası təsdiq olunur.
Bələdiyyənin 2020-ci ilə təsdiq olunmuş smetasına əsasən gəlirlər 172.500 manat, xərclər isə 172.500 manat nəzərdə tutulmuşdur.
Büdcə kəsirini tamamlamaq üçün dövlət büdcəsindən 30.000 manat dotasiya alınması nəzərdə tutulmuşdur. Lakin faktiki olaraq Dövlət büdcəsindən 6200 manat dotasiya ayrılmışdır.
Bələdiyyənin 2020-ci ili ərzində yerli büdcəsi 172.500 manata qarşı 125800 manat yerinə yetirilmişdir, yəni büdcənin gəlir hissəsi 73.1 % yerinə yetirilmişdir, büdcənin xərcləri isə 125200 manat olmuşdur .
Bələdiyyənin yerli büdcəsinin gəlirləri aşağıda göstərilən məsələlər hesabına yaranmışdır.
- torpaq vergisi 16054 manat
- əmlak vergisi 47295 manat
- Bələdiyyə əmlakının icarəyə verilməsindən - 8692 manat
-Bələdiyyə əmlakının özəlləşdirilməsi - 46882 manat
-Dotasiyadan daxil olma isə 6200 manat olmuşdur.
Bələdiyyənin yerli büdcəsinə daxil olmuş vəsait aşağıda göstərilən qaydada xərclənmişdir:
Yerli özünüidaretmə orqanlarının saxlanması xərcləri 105797 manat
O cümlədən əmək haqqı - 72113
DSMF- 26100 manat
imkansız ailələrə maddi yardım 980 manat
Yol təmiri -5914 manat
Abadlıq və ekoloji tədbirlərə - 7320 manat
Mübariz ibrahimov küçəsinin cənub tərəfindən girişinə küçənin adını bildirmək üçün arkonun hazırlanmasına - 1200
Abunə xərcinə 1215 manat
Onlayn xidmət 3774 manat
Digər xərclər 1450 manat
Maliyyə vəsaiti yalnız bələdiyyənin qərarı ilə ayrılmış və qərarda vəsaitin təyinatı məqsədi və dəqiq miqdarı göstərilmişdir.
Məlumdur ki, büdcə gəlirlərinin artırılmasında bələdiyyə torpaqlarının icarəyə verilməsi, bələdiyyə torpaqlarının vətəndaşlara satılması, fiziki şəxslərdən toplanan əmlak və torpaq vergiləri əsas vəsaitlərdəndir. Belə ki, təkcə vətəndaşların bələdiyyəyə 147.000 manat əmlak və torpaq vergisi borcları olduğu halda 2020-ci ili ərzində yalnız 55700 manat, yəni 37.9 % vəsait toplanmışdır.
«Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında» Qanuna əsasən bələdiyyə iclaslarında müzakirə olunan məsələlərin protokollarının surəti ədliyyə Nazirliyi imişli Regional ədliyyə şöbəsinə göndərilir.
Biləsuvar bələdiyyəsi öz fəaliyyətində yerli əhəmiyyətli problemləri həll edərkən Möhtərəm Prezidentimiz Cənab ilham əliyevin verdiyi tapşırıq və tövsiyyələrini həmişə öz işində rəhbər tutmuşdur.
Sizi əmin edirik ki, bundan sonra da öz fəaliyyətimizi, bələdiyyələrin fəaliyyətinin tənzimlənməsi barədə qəbul olunmuş qanunlar çərçivəsində və rayon icra Hakimiyyəti başçısının tövsiyyəsi əsasında quracağıq.
i.V.Abasov
Biləsuvar bələdiyyəsinin sədri