Müaciətdə deyilir:
Azərbaycan Respublikasının Milli Məclisinin
üzvü cənab Bəhruz Məhərrəmova
Surəti: Azərbaycan Respublikasının iqtisadiyyat
Naziri cənab Mikayıl Cabbarova
Surəti: Azərbaycan Respublikasının Maliyyə Naziri
Cənab Samir şərifova
Hörmətli deputatımız Bəhruz Məhərrəmov!
Bildiyiniz kimi dünyada yayılmış COViD-19 pandemiyası ilə əlaqədar olaraq Bələdiyyələrin də fəaliyyətində məhdudiyyət yaranmışdır. Belə ki, əhalidən əmlak və torpaq vergisinin toplanması vəziyyətlə əlaqədar dayandırılmışdır. Bildiyiniz kimi Bələdiyyələr özünümaliyyələşdirmə üsulu ilə fəaliyyət göstərir və bu maliyyələşmə də əmlak və torpaq vergisindən toplanır. Onsuzda Bələdiyyələrin maliyyə vəziyyətində çətinliklər çoxdur, pandemiya ilə əlaqədar daha da ağırlaşmışdır. Bütün bunlara baxmayaraq Bələdiyyənin üzv və qulluqçuları rayonda yaradılmış pandemiyanın yayılmasının qarşısının alınması tədbirlərində könüllü olaraq iştirak edir və əhali arasında maarifləndirmə işi aparmaqla fəaliyyət göstərir.
Hörmətli Bəhruz müəllim, millət vəkili olduğunuz Biləsuvar rayonunda 23 bələdiyyə fəaliyyət göstərir 70 nəfərə yaxın Bələdiyyə üzvü və qulluqçusunun əmək haqqı almasında ciddi problemlər yaranmış bu da onların sosial vəziyyətinin kəskin pisləşməsinə gətirib çıxarmaqdadır.
Bütün bunları nəzəra alaraq Sizdən xahiş edirik öz səlahiyyətinizdən istifadə edərək hökümət qarşısında Bələdiyyələrə iki aylıq (aprel, may) əmək haqqı üçün dotasiya ayrılmasına köməklik edəsiniz. Bələdiyyələrə bu köməkliyi etməklə Bələdiyyə üzv və qulluqçularının özləri və ailə üzvlərinin rifah halının yaxşılaşdırılmasına töhvə verəcəkdir və bizlər bundan sonra da millətimizin və dövlətimizin qüdrətlənməsində daha da fəallıq göstərəcəyik.
əvvəlcədən öz minnətdarlığımızı bildiririk.