Binəqədi rayon Xocasən bələdiyyəsinin yaydığı məlumata görə, Xocəsən bələdiyyəsinin ictimai-humanitar sektorunun təşkilatçılığı ilə 15.09.2016-cı il tarixində "Bilik günü" münasibətiylə bir qrup aztəminatlı ailələr ziyarət edilib.
Məlumatda daha sonra qeyd edilir ki, qəsəbədə yaşayan şəhid ailələri və yardıma ehtiyacı olan bir qrup sakini evində olaraq, onların problemləri ilə yaxından tanış olublar.
Görüşdə Xocəsən bələdiyyəsinin sədr müavini isbəndiyar Xankişiyev və bələdiyyənin ictimai-humanitar sektorun müdiri Pərvanə Gözəlova iştirak edib.
Belediyye.info