"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Binə bələdiyyəsi daha bir layihəyə yekun vurub

--2020-06-10 / 14:09
Xəzər rayonu Binə bələdiyyəsi ictimai yerlərdə, habelə marketlərdə, ictimai nəqliyyatda olan  vətəndaşlara 200-dən artıq tibbi maskalar paylanılıb. Bu barədə məlumatı Xəzər rayonu Binə bələdiyyəsi yayıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi karantin rejiminin tələb və qaydalrına əməl olunması və ölkədə koronavirus pandemiyasına qarşı aparılan mübarizə tədbirləri çərçivəsində Binə bələdiyyəsi ictimai yerlərdə, o cümlədən dükan-bazarda, ticarət obyektlərinin qarşısında və küçələrdə vətəndaşlar arasında maarifləndirci söhbətlər aparılaraq 200-dən artıq tibbi maskalar paylanılıb.
Bələdiyyə sədri Habil Həmidovun və bələdiyyə qulluqçularının iştirakıyla əhali arasında aparılan söhbətlərdə sakinləri bir daha koronovirusla mübarizədə diqqətli olmağa və maska taxmağa və dövlətimizin qəbuı etdiyi qərar və sənədlərə riayət etməyin vacibliyi vurğulanmışdır.
 
 
 
Belediyye.info 
ŞƏRHLƏR