Binə bələdiyyəsi öz fəaliyyətini bələdiyyələrin yerli sosial müdafiə, yerli iqtisadi inkişaf, yerli ekoloji məsələlərin həlli istiqamətində qurmağa çalışaraq 2016-ci ilin 9 ayı ərzində 13 iclas keçirmiş, 34 məsələ müzakirə etmiş və müxtəlif qərarlar çıxarmışdır. iclasın gündəliyinə çıxarılan məsələlərdən 6 abadlıq işlərinin aparılmasına, 12 məsələ maddi yardım edilməsi və 9 təşkilati məsələlər, 7 məsələ mədəni tədbirlərin aparılmasına həsr edilmişdir.
Hesabat dövründə vətəndaşlar tərəfindən bələdiyyəyə 56 ərizə və müxtəlif müraciətlər daxil olmuşdur. Onlardan 17 maddi yardımla bağlı, 6 fərdi ev tikmək üçün torpaq sahəsinin ayrılması, 33 müxtəlif şikayət və məlumat xarakterli olmuşdur.
ərizə və müraciətlərdə qaldırılan məsələlər imkan daxilində icra edilmişdir. Belə ki, edilmiş şikayətlərin bir qismi yerində həll edilmiş, həlli mümkün olmayan məsələlərin həll edilməsi barədə aidiyyatı qurumlara müraciət edilmişdir.
9 ay ərzində bələdiyyəyə 172 məktub və sərəncam daxil olmuşdur. Bunlardan 103 RiH-dən , 11 nazirlikdən, 58 müxtəlif idarə və təşkilatlardan olmuşdur.
Daxil olmuş məktublar vətəndaşlara maddi yardım olunması, mənzil şəraitinin yaxşılaşdırılması, inzibati məsələlər və müxtəlif tövsiyyələrdən ibarət olmuşdur.
9 ay ərzində bələdiyyədə 361 nəfər qəbul edilmişdir. Onların şikayət və müraciətləri diqqətlə dinlənilmişdir. Yerində həlli mümkün olan məsələlər həll edilmiş və həlli bələdiyyənin imkanları xaricində olan məsələlər barədə aidiyyatı qurumlara müraciətlər edilmişdir.
Qəsəbənin sosial həyatında Binə bələdiyyəsi fəal iştirakını davam etdirmişdir. Qəsəbədəki təmizlik və abadlılq işləri də daim nəzarətdə saxlanmışdır. Qəsəbədaxili yolların cari təmiri də daim diqqət mərkəzində olmuşdur. Yollar vaxtaşırı qreyderlə hamarlanmışdır. Qəsəbədə yaşıllaşdırma işlərinə də daim diqqət yetirilir. ə.isazadə küçəsində 600 ədəd ağac əkilərək onlar qulluq edilir. Ağacların qurumuş budaqları, kəsilmiş gövdələri əhənglə ağardılmışdır. Məhəllədaxili küçələrin kənarlarında bitən alaq otları vurularaq təmizlənmişdir.
Binə bələdiyyəsi tərəfindən şəhidlərin xatirəsinə salınmış parkda mütəmadi olaraq gül bəzək kolları əkilmiş, onlara daim qulluq edilmişdir.
əhalinin sosial problemlərinin həlli istiqmətində də Binə bələdiyyəsi xeyli işlər görmüşdür.Hövsan südçülük sovxozundakı məzarlıqda qəbr daşları hazırlanması sexi tikilərək əhalinin istifadəsinə verilmişdir.
Bələdiyyə büdcəsindən 9 nəfər aztəminatlı ailələrə il boyu hər birinə 20 manat maddi yardım təyin edilmişdir.
Onlardan:
Ağayev Elşad Güləmirzə oğlu
əkbərova iradə Canəli qızı
əliyev əli Soltanağa oğlu
Babayeva Afət Həsənağa qızı
Maşayev Telman Vəkil oğlu
Hüseynova Xəyalə Məmmədəli
Rzayeva Elnaz Ataxan qızı
Mirzəyev Rafəddin Rizvan oğlu
Rzayev Bəxtiyar Kərim oğlu
2015-ci ildə Ulu öndər H.əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar qəsəbə məktəbləri arasında keçirilmiş inşa-yazı müsabiqəsinin qalibi 149 saylı tam orta məktəbin 10 a sinif şagirdi şükürlü Ləmana orta məktəbi bitirənədək hər ay 30 manat təqaüd təyin edilmişdir.
Binə bələdiyyəsinə maddi vəziyyətləri ağır olduğuna görə ərizə ilə müraciət etmiş əzizov Extiyar Tərlan oğluna 30, şiriyev Yadigar Məhərrəm oğluna 20, Quliyev Rafail Ağamir oğluna 30, Orucova Yazgül əli qızına 50 manat, Abdullayeva Elmira Sənan qızına 20 manat, şükürova Gülgöyçək Həmdulla qızının evinin təmir olunmasına 60(altmış) manat, Ağaxanov Vahid Dədi oğluna 20(iyirmi) manat, əsədov Sahib əli oğlu, əliyev Cavanşir Sultan oğlu, Cabbarova Gülçöhrə Eyvaz qızının hər birinə 20 manat, Rzayeva Gülnaz Ağasən qızının 4 məktəbli uşağına məktəbli geyimləri alınması məqsədilə 200 (iki yüz) manat, elektrik qıssa qapanmasından evlərində yanğın baş vermiş Quliyev Kamil Naib oğlu və Salmanov Anar Yaşar oğlunun hər birinə 200 manat məbləğində maddi köməklik ayrılmışdır.
Qəsəbə sakini Zahidov əliyusif əlişan oğlunun qohumu Zahidov Natiq əlişan oğlunun ailəsində doğulmuş üçəm uşaqlarına yardım məqsədilə bələdiyyə büdcəsindən 300(üç yüz) manat məbləğində pul vəsaiti ayrılmışdır.
Binə qəsəbə sakini Cabbarova Böyükxanım Nuru qızının vəfat etmiş qızının dəfni ilə əlaqədar bələdiyyə büdcəsindən 200 (iki yüz) manat məbləğində pul vəsaiti ayrılmışdır.
Qəsəbədəki 5 nəfər 20 Yanvar şəhidlərinin hər birinə 50 manat olmaqla bələdiyyə büdcəsindən 250 (iki yüz əlli) manat pul vəsaiti ayrılaraq onlara köməklik edilmişdir:
Yusifov Müseyib-50manat
Abbasov Sərfi- 50 manat
Hüseynov Vasif -50 manat
əliyeva Elnarə - 50 manat
Ağayev Səməd -50 manat
Binə Mədəniyyət Mərkəzində 20 Yanvar faciəsinə həsr edilmiş yığıncaq keçirilmişdir, çəkilişlər Azərbaycan Televiziyası ilə işıqlandırılmışdır.
Qəsəbədəki tarixi abidələrin qorunması da bələdiyyəmizin diqqət mərkəzində olmuşdur. Belə ki, “Mövsüm –Səlim” məscidinin qorunub saxlanılması üçün hər ay büdcədən 100 manat pul vəsaiti ayrılması haqqında qərar qəbul edilmişdir.
XRiH tərəfindən rayonun Buzovna qəsəbəsində keçirilən Novruz Bayramı şənliyinə bələdiyyə büdcəsindən 1250 manat pul vəsaiti ayrılaraq bayram şənliyinə sərf edilmişdir. Qəsəbə sakinlərindən bir çoxu da həmin şənlikdə iştirak etmişdir.
Qurban Bayramı münasibətilə şəhid ailələri, 20 yanvar şəhid ailələri, Çernobıl Qarabağ müharibəsi əlilləri və gözdən əlillərə 160 nəfərin hər birinə 1 kq olmaqla 160 kq qurban payı Binə bələdiyyəsi tərəfindən alınaraq paylanmışdır ki, buna da 1280 (bir min iki yüz səksən) manat pul vəsaiti ödənilmişdir.
Binə bələdiyyəsi bundan sonra da öz öhdəsinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışacaqdır.
H.S.Həmidov
Xəzər rayon,
Binə bələdiyyəsinin sədri