"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Binə bələdiyyəsi hesabat verir

--2017-01-10 / 14:18

(Bu gündən etibarən Belediyye.info bələdiyyələrdən daxil olan hesabatları öz səhifələrində yerləşdirir. ilk olaraq Xəzər rayonu Binə bələdiyyəsinin hesabatını ictimai müzakirəyə veririk.)  

Binə bələdiyyəsi 2016-cı ildə öz fəaliyyətini yerli müdafiə, yerli iqtisadi inkişaf, yerli ekoloji məsələlərin həlli istiqamətində qurmağa çalışmışdır.

2016-cı ildə bələdiyyəyə 17 iclas keçirmişdir. iclaslarda  47 məsələ müzakirə olunmuş  və müxtəlif qərarlar qəbul edilmişdir. iclasın gündəliyinə çıxarılan məsələlərdən 9-u abadlıq işlərinin aparılmasına , 15-i maddi yardım olunması, 16-sı təşkilati məsələlər, 7 məsələ isə mədəni tədbirlərin keçirilməsinə həsr olunmuşdur.

Hesabat dövründə vətəndaşlar tərəfindən Binə bələdiyyəsinə 78 ərizə və müxtəlif müraciətlər daxil olmuşdur. Onlardan 20-si maddi yardımla bağlı, 9 məsələ fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması, 49-u müxtəlif şikayət və məlumat xarakterli olmuşdur.

ərizə və müraciətlərdə qaldırılan məsələlər imkan daxilində icra edilmişdir. Həlli mümkün olan məsələlər yerində həll edilmişdir. Həlli bələdiyyədə mümkün olmayan məsələlər barəsində aidiyyatı qurumlara müraciət edilmişdir.

il ərzində bələdiyyəyə 242 məktub və sərəncam daxil olmuşdur. XRiH-dən 126, müxtəlif idarə və təşkilatlardan 116 məktub daxil olmuşdur.

Daxil olmuş məktublar vətəndaşlara maddi yardım olunması, mənzil şəraitinin yaxşılaşdırılması, inzibati məsələlər və müxtəlif tövsiyyələrdən ibarət olmuşdur.

Binə bələdiyyəsində il ərzində 476 nəfər vətəndaş qəbul olunmuşdur. Onların şikayət və müraciətləri diqqətlə dinlənilmiş və lazımi tədbirlər görülmüşdür.

Qəsəbənin sosial həyatında Binə bələdiyyəsi öhdəsində düşən vəzifələrin yerinə yetirilməsinə nail olmuşdur.

Binə bələdiyyəsi qəsəbədə təmizlik , abadlıq işlərini diqqət mərkəzində saxlamışdır. Qəsəbədaxili torpaq yolların cari təmiri də unudulmamışdır. Belə ki, vaxtaşırı topaq yollara daş qırıntısı, qum tökülərək qreyderlə hamarlanmışdır.

Qəsəbədə yeni ağacların əkilməsi, onlara qulluq, ağacların quru budaqlarının kəsilməsi, gövdələrinin əhənglə ağardılması işləri aparılmışdır.

Qəsəbənin ə.isazadə küçəsində Binə Asma körpüsündən dəmiryoluna qədər yol kənarında 600 ədəd şam ağacı əkilmişdir.

Məhəllədaxili yol kənarlarındakı alaq otları vurulmuş, yığışdırılaraq təmizlədilmişdir.

Qəsəbədəki “şəhidlər Park”-ında gül, bəzək kolları əkilərək onlara qulluq edilmişdir.

əhalinin sosial problemlərinin həllində Binə bələdiyyəsi xeyli işlər görmüşdür.

Bələdiyyə büdcəsindən 9 nəfər aztəminatlı, imkansız ailəyə il boyu hər ay 20 manat məbləğində maddi köməklik olunmuşdur.

Onlardan:

1.Ağayev Elşad Gülmirzə oğlu,

2.əkbərova iradə Canəli qızı,

3.əliyev əli Soltanağa oğlu,

4.Babayeva Afət Həsənağa qızı,

5.Maşayev Telman Vəkil oğlu,

6.Hüseynova Xəyalə Məmmədəli qızı,

7.Rzayeva Elnaz Ataxan qızı,

8.Mirzəyev Rafəddin Rizvan oğlu

9.Rzayev Bəxtiyar Kərim oğlunu göstərmək olar.

149 saylı tam orta məktəbin 10 a sinif şagirdi şükürlü Ləmana müsabiqənin qalibi kimi 2015-2016-cı illərdə hər ay 30 manat təqaüd verilmişdir. O hal-hazırda ali məktəbdə təhsil alır. Ali məktəbi bitirənədək hər ay ona 30 manat təqaüdün verilməsi nəzərdə tutulmuşdur.

Binə bələdiyyəsinə maddi vəziyyətləri ağır olduğuna görə ərizə ilə müraciət etmiş xeyli sayda vətəndaşlara pul vəsaiti ilə köməklik edilmişdir.

əzizov Extiyar Tərlan oğluna iki dəfə 30 manat,

şiriyev Yadigar Məhərrəm oğluna 20 manat,

Quliyev Rafail Ağamir oğluna iki dəfə 30 manat və 100 manat olmaqla,

Orucova Yazgül əli qızına 50 manat,

Abdullayeva Elmira Sənan qızına -20 manat,

şükürova Gülgöyçək Həmdulla qızına -60 manat,

Ağaxanov Dədi Vahid oğluna 20 manat,

Rzayeva Gülnaz Ağasən qızının məktəbli uşağına məktəbli geyimlərinin alınmasına 200 manat məbləğində, evlərində qıssaqapanmasından yanğın baş verməsinə görə Quliyev Kamil Naib oğlu və Salmanov Anar Yaşar oğlunun hər birinə 200 manat məbləğində, aztəminatlı ailə Ağayeva Təzəgül əlimürşüd qızına -100 manat

Nəzərova Nuriyyə Millət qızına -100 manat,

Baxşəliyev Namiq Canəli oğluna-50 manat,

Bəşirova Dilavər Qurban qızına-50 manat,

şivəxanov Cəfər isi oğluna- 30 manat

Orucov Vüqar Fəxri oğluna -60 manat,

əliyeva Ayna iltifat qızına-50 manat,

Abdullayeva Aytən Güloğlan qızına -30 manat məbləğində maddi köməklik olunmuşdur.

Evinin elektrik qıssaqapanmasından yanmış sakin Məmmədova Nazilə Rəhmət qızına -300 manat pul vəsaiti ayrılmışdır.

əlillər günündə qəsəbədə yaşayan əlillərdən

1.Vəliyev Mərdan Saleh oğlu,

2.Babayev Telman Ağamməd oğlu,

3.Ağayev Davud əliheydər oğlu,

4.Zamanov ilham Sabir oğlunun hər birinə 8 çeşidli ərzaq məhsulu alınaraq verilmişdir.

Qəsəbə sakini Cabbarova Böyükxanım Nuru qızının vəfat etmiş qızının dəfn olunmasına bələdiyyə büdcəsindən 200 manat pul vəsaiti ayrılaraq ona verilmişdir.

Qəsəbədəki 5 nəfər 20 yanvar şəhid ailələri və əlilləri:

Yusibov Müseyib-50 man

Abbasova Sərfi-50 man

Hüseynov Vasif- 50 man

əliyeva Elnarə-50 man

Ağayev Səməd- 50 man

hər birinə 50 manat olmaqla ümumilikdə 250 manat pul vəsaiti ayrılaraq onlara verilmişdir.

Binə mədəniyyət mərkəzində 20 Yanvar faciəsinə həsr edilmiş yığıncaq keçirilmiş və Azərbaycan Televiziyası ilə işıqlandırılmışdır. XRiH-tərəfindən Buzovna qəsəbəsində Novruz bayramı şənliyinin keçirilməsinə büdcədən 1250 manat pul vəsaiti ayrılaraq bayram şənliyinə sərf edilmişdir.

Həmin şənlikdə bizim sakinlər də iştirak etmişdir.

Qurban bayramı münasibəti ilə şəhid ailələri, 20 Yanvar əlilləri, Çernobıl , Qarabağ müharibəsi əlilləri, gözdən əlillər və bir qrup aztəminatlı 160 nəfərə 1280 manat dəyərində qurban əti alınaraq onlara paylanmışdır.

Dünya Azərbaycanlıların Həmrəylik günü münasibətilə 11 nəfər bələdiyyə üzvü və qulluqçusu bələdiyyənin işində fəal iştirak etdiyinə görə 30 manat məbləğində mükafatlandırılmışdır.

2016-cı ildə bələdiyyənin gəlirləri və xərcləri aşağıdakı kimi olmuşdur.

Gəlirlər cəmi: -                   118.826-70

O cümlədən

Torpaq vergisi-                    30.984-50

əmlak vergisi-                    74.372-90

icarə haqqı-                         4550-46

 Xərclər cəmi: -                    116.366-63

O cümlədən

əmək haqqı-                       46.378-96

DSMF-                               17.136-56

Gəlir vergisi-                       4.972-04

Maddi yardım-                    7370-00

Abadlıq, təmizlik -              7450-00

Mədəniyyət tədbirləri-         2530-00

idman-                                400-00

Sair xərclər -                      6984-80

Binə bələdiyyəsi bundan sonra da öz öhdəsinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışacaqdır.

H.S.Həmidov

Xəzər rayon 

Binə bələdiyyəsinin sədri                    

 

 

 

 

ŞƏRHLƏR