"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Binə bələdiyyəsi il ərzində 120 min manat itirir

--2016-02-16 / 10:04

Binə bələdiyyəsindən daxil olan məlumata görə,  bələdiyyə qəsəbə ərazisinə bitişik olan Abşeron rayonunun balansındakı torpaqlarda qanunsuz olaraq inşa edilən mənzilləri əmlak vergisinə cəlb edə bilmir. Səbəb kimi həmin mənzillərin  sənədləşdirilməməsidir. Vaxtı ilə  Hövsan Südçülük və Donuzçuluq sovxozlarının əraziləri  olan torpaqlar bu gün Binə qəsəbəsinin inzibati ərazisinə daxil edilmədiyindən həmin vəsaiti də toplamaq mümkün deyildir. Hazırda həmin ərazilər qəsəbəyə demək olar ki  birləşib, sərhədləri müəyyən etmək belə çətindir.

Bələdiyyədən verilən məlumatda bildirilir ki, bu ərazilərə xidmətin göstərilməsi qəsəbə bələdiyyəsi tərəfindən icra olunsa da,   inşa edilən 18 mindən artıq mənzildən yerli büdcəyə vəsait daxil edilməsi mümkünsüzdür.

Qeyd edək ki, bələdiyyənin mütəxəsisləri adıçəkilən ərazilərdə monitorinq arararaq  ərazidə 18.415  sənədsiz mənzil olduğunu müəyyən ediblər. Hesablamalara görə, həmin ərazilərin  vergiyə cəlb edilməsi nəticəsində  bələdiyyə büdcəsinə il ərzində 120 min  manata yaxın vəsait daxil ola bilər.      

Bununla bağlı bələdiyyə müvafiq qurumlara müraciət etmək niyyətindədir.

Belediyye.info  

ŞƏRHLƏR